"Toyda pul veriblər ki, klarnetində ifa edim"

"Toyda pul veriblər ki, klarnetində ifa edim"<span class="qirmizi"></span>

"Dəfələrlə istəmişəm bu sənətdən uzaqlaşım. Haqsızlıqlar olub. Belə alverlə məşğul ola bilərəm. Dondurma satmışam. Bir az şokolad almışdım, qapımızda qoydum satmağa. Gördüm bir şokolad var, sata bilmirəm. Başladım kağızlar yazmağa mərc kimi, götürürdün, bəxtinə nə çıxsa. Ən çox o şokoladların adını oraya salıb elə satmışdım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Fəlidən doğru xəbər" verilişindən qonaq olarkən deyib.

Hüseyn klarnetinin qiymətinin 1500 dollar (təxminən 2 549 manat) olduğunu açıqlayıb:

"Əslində saksafon da ifa edə bilirəm. Neyi ifa ermək isə çox çətindir. Toyda pul veriblər ki, klarnetində ifa edim. Verməmişəm. Çünki nəfəs alətləri sənəti elə bir şeydir ki, onu başqasına vermək olmaz. Klarnetimin qiyməti 1500 dollardır".

Mənbə: news.milli.az