Fahriyenin paylaşımına bizim "Qaynana"dan sitat: Adam ayda neçə dəfə mamasından olar? - FOTO

Fahriyenin paylaşımına bizim "Qaynana"dan sitat: Adam ayda neçə dəfə mamasından olar? - FOTO<span class="qirmizi"></span>

Bir neçə gün əvvəl 37 yaşını qeyd edən aktrisa Fahriye Evcen ilk oğlu Karanın doğum günündə qara pişik obrazına bürünüb.

Publika.az xəbər verir ki, kino ulduzunun oğlu Karanın doğum günü apreldə olsa da, aktrisanın paylaşdığı fotolar maraq doğurub. O, həyat yoldaşı Burak Özçivit və oğlu Karanla kamera qarşısına keçərək poza verib. İnstaqramda paylaşdığı bu fotolara isə Fahriye "Yaxşı ki, dünyaya gəldin, ilk oğlum" sözlərini qeyd edib.

İzləyiciləri aktrisanın bu addımını birmənalı qarşılamayıb və "Neçə dəfə doğum günü qeyd etdiniz", "Bir ildə neçə dəfə doğum günü olar" kimi mesajlar yazıblar.

Xatırladaq ki, Fahriye Evcen aprelin 14-də də instaqramda oğlunun doğum gününündən fotolar paylaşaraq ürək sözlərini yazmışdı.

 

Mənbə: publika.az