Hollivud ulduzu Cerard Leto 17 ildir gözündən bir damla belə yaş axmadığını deyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 51 yaşlı aktyor son dəfə nə üçün ağladığını deyəndə hər kəs təəccüblənib.
“Film çəkilişi zamanı barmağımı qırmışdım. Onda ağrıdan ağladım. Bundan öncə çəkilən “Arzulanan rekviyem” filmində o qədər göz yaşı axıtdım ki, bütün ömrümə bəs oldu”, - aktyor bildirib.
Mənbə: lent.az