Niyə Yaponiyada qədim türbəni açmaqdan qorxurlar?

Niyə Yaponiyada qədim türbəni açmaqdan qorxurlar?<span class="qirmizi"></span>

Yaponiya inqilabi arxeoloji kəşfin astanasındadır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu günlərdə Kyuşu adasında ölkədə qədim dövlətin mövcudluğuna işıq salan türbə aşkar edilib.

Qeyd edək ki, bu türbə haqqında əvvəllər yalnız Çin salnamələrində rast gəlinirdi.

Hazırda tədqiqat yalnız bir şeylə çətinləşir - sarkofaq hətta alimlərin deşifrə edə bilmədiyi köhnə sehrlə “qorunur”.

Yerli sakinlər məzarın açılmasının fəlakətə çevrilə biləcəyindən ehtiyat edirdilər.

P.S: ...O vaxt, Səmərqənddə Əmir Teymurun (Teymurləng) qəbrinin açılmasından iki gün sonra - iyunun 22-nə keçən gecə faşist Almaniyası müharibə elan etmədən Sovetlər Birliyinə hücum etmişdi. Qeyd edək ki, həmən vaxt (...təkcə həmən vaxtmı?-A.B.) bir çoxları bunu Teymurun qəbrinin açılması ilə əlaqələndirmişdi. Ona görə də o vaxt ekspedisiyanı təcili surətdə dayandırsalar da, amma Teymur və Teymurilərin qalıqları araşdırılmaq üçün Moskvaya göndərilmişdi.

...Nə bilmək olar, bəlkə elə yaponlar da bundan ehtiyatlanırlar?

Ağasəf Babayev

Mənbə: sia.az