Şvartseneqqerin filmində Bakı ilə bağlı kadr - Video

Şvartseneqqerin filmində Bakı ilə bağlı kadr - Video<span class="qirmizi"></span>

"Netflix" Hollivud ulduzu Arnold Şvartseneqqerin rol aldığı "Fubar" teleserialının premyerası olub.

Publika.az xəbər verir ki, casus komediya janrında çəkilmiş "Fubar" 8 seriyadan ibarətdir və təqaüdə çıxmaq üzrə olan, lakin onu işə qayıtmağa məcbur edən ailə sirrini öyrənən MKİ agenti Luke Brunnerdən bəhs edir. Bu, Arnold Şvartseneqqerin ilk televiziya layihəsidir.

Epizodların birində A.Şvartseneqqerin qəhrəmanı Bakı və Azərbaycanla bağlı tapşırıq alır, burada o və komandası şəxsiyyətlərini dəyişdirməli və serialın ssenarisinə görə uydurma Sardoviya ölkəsinə uçmalıdır. Onun bunu necə yerinə yetirməsi isə ekran işində göstərilmir.

Mənbə: publika.az