Nazilə Səfərli: “Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?” - VİDEO

Nazilə Səfərli: “Sənin qulağın eşşəyin ağzında nə gəzirdi?” - <span class="qirmizi">VİDEO</span>

“Eşitdim ki, rayonların birində bir nəfərin qulağını eşşək dişləyib. Dünəndən başımı sındırıram, eşşəyə nə qədər yaxın ola bilərsən ki, o sənin qulağını dişləsin”.

Bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.

Sənətçi Astara rayonunda kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edərək, qulağını dişləməsinə yarı zarafat, yarı ciddi münasibət bildirib:

“Başım işləmir... Sənin qulağın eşşəyin ağzında nə gəzirdi? Hələ fikirləşirəm... Hərçənd cəmiyyətdə o qədər eşşəklərlə yan-yana gəzənlər var. Onlara baxanda ağlım kəsir. Amma bu birisi eşşəklər axı qulaq dişləmir. Ömür yeyir, ömür”.
 

Mənbə: bizim.media