Beyonsdan fanatına 53 min dollarlıq hədiyyə

Beyonsdan fanatına  53 min dollarlıq  hədiyyə<span class="qirmizi"></span>

Ameriaklı pop müğənni Beyons fanatına 53 min dollarlıq gün eynəyi bağışlamaqla onu şoka salıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, uzun illər Beyonsun pərəstişkarı olmuş gənc onun konsertinə bilet alıb.

Konsert zamanı Beyons öz gözündəki eynəyi həmin gəncin üstünə atıb. Fanatı eynəyi havada yaxalayıb. Mühafizəçilər eynəyi gəncin əlindən alsalar da, müğənni eynəyi yenidən ona bağışlayıb.

“Mən sevindiyimdən nitqimi itirmişdim. Bu hədiyyəni ömrüm boyu saxlayacam”, - gənc bildirib.

Beyonsun hədiyyə etdiyi eynək “Off-Whiteі” brendinə məxsusdur və qiyməti 53 min dollar təşkil edir.

Mənbə: lent.az