İranda rejimə qarşı çıxan daha bir iranlı aktrisa həbs edildi

İranda rejimə qarşı çıxan daha bir iranlı aktrisa həbs edildi <span class="qirmizi"></span>

İranda rejimə qarşı çıxan daha bir aktrisa həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, bu dəfə tanınmış kino və televiziya aktrisası Şəqaiq Dehqan saxlanılıb. O, məcburi hicabdan imtina edərək küçəyə baş örtüyü olmadan çıxıb.

Vəkilinin sözlərinə görə, 10 sutkalıq həbs cəzası alan aktrisa, həmçinin cərimələnib.

Xatırladaq ki, bir müddət öncə dünyaca tanınmış məşhur iranlı aktrisa Təranə Əlidusti də rejimə qarşı çıxdığı üçün həbs edilib.

Mənbə: baku.ws