Beynəlxalq tədbir iştirakçıları Şuşa şəhərinin görməli yerləri ilə tanış olub

Beynəlxalq tədbir iştirakçıları Şuşa şəhərinin görməli yerləri ilə tanış olub<span class="qirmizi"></span>

Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yenidənqurma, sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ekologiya və bərabərlik” adlı beynəlxalq tədbirin iştirakçıları Şuşa şəhərinin görməli yerləri ilə tanış olublar.

“Report” xəbər verir ki, əvvəlcə qonaqlar “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

Sərgidə Ulu Öndərin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafı istiqamətində xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər, videomateriallar nümayiş etdirilib.

Sonra onlar Yuxarı Gövhər ağa məscidinə, ardınca isə Xalça Muzeyinə baş çəkiblər, sonda isə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.

Mənbə: report.az