Cəlil Məmmədquluzadə hamamda kassir işləyib

Cəlil Məmmədquluzadə hamamda kassir işləyib<span class="qirmizi"></span>

Dramaturq, jurnalist, ictimai xadim; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, Cəlil Məmmədquluzadə həmçinin

Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı taixində jurnalist, publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır.
Cəlil Məmmədquluzadənin dini görüşləri ümumiyyətlə mübahisə doğurur. Bəzi mənbələrə görə o ateist, bəzi mənbələrə görə isə sadəcə müsəlman demokratizminin tərəfdarı olmuşdur.
Amma bu dəqiqdir ki, o öz əsərlərində dövrünün ekstremist düşüncələrinə, cahilliyə, savadsızlığa və dini xurafatlara qarşı kəskin tənqidi fikirlər səsləndirmişdir.

1931-ci ildə "Molla Nəsrəddin"in jurnalının adını dəyişərək "Allahsız" edirlər və jurnal nəşrə başlayır.

C.Məmmədquluzadə isə buna etiraz edərək jurnalın redaktorluğundan və əməkdaşlığından imtina edir və ömrünün son illərində "Sovetski" məhəlləsində hamamda kassir işləyib.

Mənbə: big.az