Məşhur aktyor özündən 30 yaş kiçik müğənni ilə sevgilidir

Məşhur aktyor özündən 30 yaş kiçik müğənni ilə sevgilidir<span class="qirmizi"></span>

Məşhur amerikalı aktyor, komediya ustası Bill Mürrey özündən 30 yaş kiçik müğənni Kelislə (tam adı Kelis Rocers) münasibətdədir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "US Sun" nəşri məlumat yayıb. Bildirilib ki, 72 yaşlı aktyor 43 yaşlı ifaçı ilə dəfələrlə eyni hoteldə görünüb.

Qeyd edək ki, Kelisin həyat yoldaşı Mayk Mora ötən il 37 yaşında mədə xərçəngindən vəfat edib. Kelisin ondan iki övladı var. O, daha əvvəl beş il hip-hop sənətçisi NAS ilə evli olub. Ondan müğənninin bir oğlu da var.

Bill Marqaret Kelli ilə 15, Cennifer Butlerı isə 11 illik evlilikdən sonra boşanıb. Aktyorun ümumilikdə 6 övladı var.

Mənbə: news.milli.az