Sevda Yahyayeva: “Ərimlə istirahətə pulsuz gedirik” - VİDEO

Sevda Yahyayeva: “Ərimlə istirahətə pulsuz gedirik” -

“Biz istirahətə pulsuz gedirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “Həmin Zaur” verilişində deyib.

Proqramın aparıcısı Zaur Kamalın “İldə 4-5 dəfə istirahətə necə gedirsiniz?” sualına Sevdanın cavabı belə olub:

“Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimiz reklam xarakterli olduğu üçün pulsuz başa gəlir. Çünki mənim İnstagram səhifəmdə 1 milyon 800 minə yaxın izləyicim var. Həmişə arzum olub ki, dünyanı gəzim. Şükür ki, Zakir çıxdı qarşıma. Həm həkimdir, həm də səyyahdır. Bir-birimizə qoşulub gəzirik”.

Qeyd edək ki, həkim – genetik Zakir Bayramovla evli olan Sevdanın Ayla və Aida adlı iki qız övladı var.


Mənbə: bizim.media