Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər – VİDEO

Ermənilər “Sarı gəlin”lə bağlı yalanlarını özləri ifşa etdilər –

Məlum olduğu kimi uzun illərdir ki, ermənilər məşhur Azərbaycan mahnısı olan “Sarı gəlin”i özlərinin musiqisi kimi təqdim etməyə çalışıblar. Lakin bu dəfə ermənilərin özləri sözügedən mahnı ilə bağlı yalanlarını ifşa ediblər.

Ermənistanın “Aysor.am” saytı bir videomaterial paylaşıb.

Həmin materialda yenə də təkidlə bu mahnının ermənilərə aid olduğu deyilir. Fikirlərinin sübutu üçün “tarixi fakt”a müraciət ediblər. Guya ki, 1939-cu ildə ABŞ Konqresi Kitabxanasında Sidney Robertson Cowellin kolleksiyasında erməni ifaçı Ruben Babayanın ifasında bir mahnı qeydiyyata alınıb. Mahnının adı “Yeravan” olaraq qeyd olunsa da, nəqarətdə “sarı gəlin”,“sarı ceyran”, “sarı maral” deyilir. Hətta Babayan ifasında bir neçə dəfə “neynim aman, sarı gəlin” sözlərinə də yer verib.

Maraqlıdır ki, bu “tarixi fakt”ın 24 aprel 2024-cü ildə Kanadada təqdimatı olub. Yəni ermənilər sözügedən “fakt”ı ortaya çıxarmaqla əslində öz yalanlarını ifşa ediblər.


Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media