Gövhər Rzayeva dünyasını dəyişmiş ərindən DANIŞDI: “İkinci ailəsi ilə münasibətim yoxdur” – VİDEO

Gövhər Rzayeva dünyasını dəyişmiş ərindən DANIŞDI: “İkinci ailəsi ilə münasibətim yoxdur” –

“Yazıq canım, bir dəfə ərə getdim. O da ki, qurban olum Allaha... Həyat yoldaşım 3 il əvvəl rəhmətə gedib. O mənim başıma dolanırdı. Mən də ondan o diqqəti görmüşəm. Həyat yoldaşım balalarımın atasıdır. İnsandır da”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Qarmon ustadı bildirib ki, onun dünyasını dəyişmiş ərinin ikinci həyat yoldaşı ilə münasibəti yoxdur:

“Hər adam yaxşılığı başa düşmür. Adamı gic yerinə qoyurlar. Ona görə özünü yormağa dəyməz. Həyat hərəyə bir cür çatır. Həyat yoldaşımın qəbri üstünə gedib, ziyarət edirəm. Gözümü açıb onu görmüşəm. Həyat yoldaşımın ikinci arvadından bir qız övladı var. Amma mənim onlarla münasibətim yoxdur”.

Mənbə: bizim.media