Bakıda tarixi binalar niyə “ağardılır”?

Bakıda tarixi binalar niyə “ağardılır”?

Paytaxt Bakıda bütün binalarda COP29 ilə əlaqədar olaraq kosmetik işlər aparılır.

Bu sözləri Bakı Abadlıq Xidməti MMC-nin nümayəndəsi Denis Korolyev sosial şəbəkələrdə tarixi binaların boyandılması ilə bağlı paylaşımlara münasibət bildirərkən deyib.

O bildirib ki, boyama işləri aparılan binalar vaxtilə boyanmış binalardır:

“Sosial şəbəkələrdə paylaşılan fotoda ağ olan yerlər astardır - boyadan qabaq vurulan rəng. Təmirdən əvvəl çəkilmiş fotolar ilə müqayisələr aparılsa, görərik ki, binaların ağardılmış hissəsi əvvəllər də rəngli olub. Hazırda isə həmin hissələr yenilənir. Yeniləmək üçün öncə astar – hazırkı ağ örtük, ardınca rəng vurulur”.

O, kosmetik işlər çərçivəsində aparılan digər işlərə də toxunub:

“Ehtiyac varsa, eyvanlar gücləndirilir, məhəccərlər rənglənir, kondisionerlər bir xətt üzrə düzülür, səki, giriş qapıları bərpa olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının bütün tarixi binalarında fasadın təmizlənilməsi əvəzinə rəngləndiyi ilə bağlı fotolar paylaşılıb.

Mənbə: axar.az