"Vicdan haqqı" serialında canlandırdığı "Larisa" obrazı ilə tanınan aktrisa - müğənni Çimnaz Sultanova yeni serialda rol alıb.
Primetime.az xəbər verir ki, avqustun 11-də ATV-də yayımlanacaq olan ekran işinin adı "Satılmış ruhlar" adlanır.
Serialın quruluşçu rejissoru Natiq Novruzov, ssenari və layihə rəhbəri Elvina Xasməmmədovaya, bəstələr isə Ruslan Səfəroğluna məxsusdur.
Sözügedən serialda müğənni Təranə Qumralın qızı Qumral və kürəkəni Natiq Abdul da rol alır.
Mənbə: primetime.az