Bu gün Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun doğum günüdür.
Cebhe.info xatırladır ki, Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alan Rüstəmov, sonradan Ağdamda təhsilini davam etdirib.
Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır və onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.
Qeyd edək ki, Qədir Rüstəmov 1992-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, 1997-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü mükafatına layiq görülüb.
Bildirək ki, muğam ifaçısı 14 dekabr 2011-ci ildə Türkiyənin İstanbul şəhərində vəfat edib. Onun məzarı isə Bakı şəhərindədir.
Əhməd
Cebhe.info
Mənbə: cebhe.info