"Victoria's Secret"-in keçmiş modeli Elza Hosk körpəsi ilə lüt fotolar çəkib paylaşdığı üçün sosial mediada tənqidlərlə üzləşib.
Milli.Az xəbər verir ki, müvafiq şəkil və şərhlər İnstaqramda yayılıb. 32 yaşlı modelyer kiçik qızı Tulikkini qucağında tutaraq fotoqrafa arxası ilə pəncərə qarşısında görünüb. Dərhal onu pedofiliyada ittiham ediblər. O, uşaq təhlükəsizliyi ilə bağlı Instagram işçilərinə şikayət göndərdiyini də bildirib. "Bu cür kadrlardan utanmalısan, Elza! " - qeyd ediblər.
Kamran Seyidov
Milli.Az
Mənbə: news.milli.az