Əməkdar artist Kübra Əliyeva "Pirallahı" adasında ona torpaq sahəsinin hədiyyə edilməsini istəyib.
Bİzim.Media xəbər verir ki, bu barədə aktrisa “Elgizlə İzlə” ictimai-sosial verilişində danışıb.
“42 ildir ki, bu sənətdəyəm. Bu gün də sakit dayanmıram, az da olsa xalqıma xidmət edirəm. Əgər hədiyyə versələr, sevinərdim. Duallarım onlarla olar”, - deyə K.Əliyeva bildirib. Sənətçinin çıxışından sonra aparıcı Elgiz Əkbər deyib ki, Kübra Əliyevaya 5 sot torpaq bəs edər.
Qeyd edək ki, K.Əliyevanın Bodrumda dəbdəbəli evi var.
Rəşad Əliyev, Bizim.Media
Mənbə: bizim.media