Xalq artisti Emin Ağalarov övladları ilə bağlı kövrək paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi uşaqları Mikayıl, Əli, Əminə və Afina ilə birlikdə birgə çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Emin yayımladığı şəkilə "Bütün ataların atalar bayramını təbrik edirəm. Uşaqlar xoşbəxt, sevilən və sağlam olsunlar. Hər gün elə edəcəm ki, siz mənimlə fəxr edə biləsiniz. Hər zaman hər şeydə sizin dayağınız olacağam!" şərh yazıb.
Rəşad Əliyev, Bizim.Media
Mənbə: bizim.media