Bloqer Elçin Lənbəranskinin Tarix Əliyevin (Tolik) “Ümid ilə gəl” verilişindəki fikir müzakirələrə səbəb olub.
Manset.az-ın məlumatına görə, Elçin Lənbəranski verilişdə bu günə qədər həyat yoldaşına əl qaldırdığını çəkinmədən səsləndirib. O, bildirib ki, həmişə tumar olmur.
“Qardaş, əlinin duzunu görməlidilər. Qadının səhvi olub, bir sillə vurmaq bu şiddət deyil” – deyə blogger bildirib.
Elçin Lənbəranskinin bu fikirləri social şəbəkələrdə sərt etirazla qarşılanıb.
Mənbə: manset.az