Aysun ayrıldığı həyat yoldaşından ŞİDDƏT GÖRÜB? - FOTO

Aysun ayrıldığı həyat yoldaşından ŞİDDƏT GÖRÜB? - FOTO<span class="qirmizi"></span>

Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysunun yazdığı şərh müzakirə predmetinə çevrilib.

Bizim.Media xəbər verir ki, sənətçi “Ümid ilə gəl” ictimai-sosial verilişində müzakirəyə çıxarılan qadına şiddət mövzusuna münasibət bildirib.

“Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək göstərmirlər, qadını yaxşı saxlayaraq, onu xoşbəxt edərək göstərirlər. O ki qaldı səhvə... "Səhvi olanda bir şillə vurmaq olar" nə deməkdir? Bəs, siz kişilərin səhvi olanda qadın nə etsin? İş orasındadır ki, indi elə zəmanədəyik səhvi olmadan, ailəni saxlayan qadınlar da döyülür, söyülür. Bu mövzu mənim yaralı yerimdir, danışsam çox danışacam. Yaxşısı mən susum”, - deyə Aysun bildirib.

A.İsmayilovanın bu fikirləri isə sosial şəbəkə əhli tərəfindən “eninə-uzununa” müzakirə olunub. Onlar Aysunun ayrıldığı həyat yoldaşı tərəfindən şiddət gördüyünü yazaraq, məsələ ilə bağlı öz versiyalarını dilə gətiriblər.
Qeyd edək ki, Aysunla Eşqin cütlüyü iyun ayında evlənsələr də bir neçə aydan sonra ayrılıblar.

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media