Oğlundan danışan Röya Ayxan: "Öz əlimlə uşağımı necə gətirib bura qoya bilərəm?" - VİDEO

Oğlundan danışan Röya Ayxan: "Öz əlimlə uşağımı necə gətirib bura qoya bilərəm?" - <span class="qirmizi">VİDEO</span>

"Hüseynin təhsili çox yaxşı davam edir. O, Dubaya gedən gün ağlamağa başladım. Dedi ki, ana, ağlama. Özüm özümə sual verdim ki, necə öz əlimlə gətirib uşağımı bura qoya bilərəm. Necə anayam? Amma onun bu təhsilinə görə, bu addımı atmalı idim. Çünki oğlan uşağıdır. Onun xaricdə təhsil alması ilə bağlı arzuları vardı. Mən də bu arzuda idim".

BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn haqqında deyib.

"Səhər mərkəzi" proqramına qonaq olan sənətçi Hüseynin Londonda təhsil almaq istədiyini, lakin yekun qərardan sonra onun Dubayda oxumağının məsləhət görüldüyün diqqətə çatdırıb:

"Onun seçimi isə London idi. Söylədim ki, sən Londonda təhsil almağı seçsən, sənin yanına tez-tez gedib, gələ bilməyəcəyəm. Birdən gecə sənə nəsə oldu və nəsə lazım oldu. Oğlumdan soruşmadan Dubaydakı təhsil ocaqları ilə maraqlandım. Bu iki-üç saatlıq yoldu, tez yanına uçub gələ bilərəm. Araşdırıb, bitirəndən sonra qərar aldıq ki, Hüseyn Dubayda oxusun".

Mənbə: baku.ws