Daniel Kreyq Cəngavər Ordeni ilə təltif edilib

Daniel Kreyq Cəngavər Ordeni ilə təltif edilib<span class="qirmizi"></span>

Britaniyalı aktyor Deniel Kreyq çərşənbə axşamı Müqəddəs Mixail və Corc ordeni ilə təltif edilib. Kreyq Ceyms Bond obrazına görə bununla təltif olunub.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

54 yaşlı aktyor çərşənbə axşamı şahzadə Annanın boynuna Cəngavər Ordeni olan lent taxıb.

Mükafatlandırma mərasimi London yaxınlığındakı Vindzor qəsrində keçirilib. Kreyq kinematoqrafiyaya və teatra verdiyi töhfəyə görə Cəngavər Ordeni alıb.

Mənbə: report.az