Azərbaycanın tanınmış memarının abidəsi baxımsız vəziyyətdədir - FOTOLAR

Azərbaycanın tanınmış memarının abidəsi baxımsız vəziyyətdədir -  FOTOLAR<span class="qirmizi"></span>

Azərbaycan memarı Zivər bəy Əhmədbəyovun şərəfinə "Nizami" metrosunun yaxınlığında ucaldılan abidə baxımsız vəziyyətdədir.

Metbuat.az-ın qaynar xəttinə göndərilən fotolarda abidənin kirli olduğu görülür.

Məsələ ilə bağlı aidiyyatı quruma sorğu göndərdik, xəbər yenilənəcək.

Qeyd edək ki, Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Azərbaycanın ilk ali təhsilli memarıdır. Bu abidə isə 2011-ci ildə "Nizami" metrosunun qarşısında yerləşən Cəfər Cabbarlı küçəsindəki parkda ucaldılıb. Müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Mənbə: metbuat.az