Tanınmış türkiyəli model Ebru Şallı həyat yoldaşı Uğur Akkuş tərəfindən döyülüb.
“Qafqazinfo” “Cadde”yə istinadən xəbər verir ki, hadisə Emirgan ərazisində avtomobildə baş verib.
Yaxınlıqdakı avtomobildəki şəxslər davaya müdaxilə edib, təcili tibbi yardım çağırılıb.
Şallı polisə verdiyi ifadədə “şikayətçi deyiləm. O mənim ərimdir”, - deyib.
Qeyd edək ki, E. Şallı və U. Akkuş 2019-cu ilin sentyabrında ailə həyatı qurublar. Modelin eks-həyat yoldaşı Harun Tandan olan 9 yaşlı oğlu Pars 2020-ci ilin aprelində limfa xərçəngindən vəfat edib.
Mənbə: qafqazinfo.az