Mədəniyyət Nazirliyi: Ağdam Teatrının binası olduğu kimi saxlanıla bilər

Mədəniyyət Nazirliyi: Ağdam Teatrının binası olduğu kimi saxlanıla bilər<span class="qirmizi"></span>

Nazirlik səviyyəsində hesab edirik ki, bəzi abidələri olduğu kimi saxlayaq.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.

Şöbə müdiri Ağdam Dövlət Dram Teatrının binasının olduğu kimi saxlanıla biləcəyini qeyd edib: "Məsələn, Ağdam Teatrı məhz olduğu kimi saxlanıla bilər. Bir daha qeyd edim ki, bu, dünyaya erməni vandalizmini sübut etmək üçündür".

Mənbə: apa.az