“İnsanlardan istifadə etməyin. Dəyər verin”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi yaxşılığa nankorluq və pisliklə cavab verən şəxsləri sərt şəkildə tənqid edib:
“Sizi sevən, qoruyan insanlara insan kimi dəyər verməyi ya bacarın, ya da insan rolunu oynamayın. Qəlb qırmayın. İnsanın ruhuna tüpürərək xoşbəxtlik haqqını əzməyin. Bir sözlə şərəfiniz olsun. Bu qədər nankorluq olmaz”.
Rəşad Əliyev
Mənbə: bizim.media