"Boulevard Hotel Baku"da "Azerbaijan Best Awards" mükafatlandırma mərasimi keçirilib

"Boulevard Hotel Baku"da "Azerbaijan Best Awards" mükafatlandırma mərasimi keçirilib

Məlumata görə, nüfuzlu mükafat sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, idman, moda, ictimai xadimlərə, memar-dizaynerlerə, elm xadimlərinə, influzerlərə o cümlədən, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq. Tədbirin təşkilatçılarından biri Ləman Mirtalıblının sözlərinə görə, Öncə tədbirin Baş Sponsoru “NS Jewellerydən” maraqlı lotoreya oyunları keçirildi. “NS Jewellery” müştərilərinə həssas yanaşaraq, qeyd etdi ki, buradakı mallar 3 illik rəsmi müqavilə ilə alına bilər və üç il ərzində istənilən NS Jewellery – dən alınan qızıl və brilyant əşyaları bahalı məhsulla dəyişilə bilər. Həmçinin sevgililər gününə özəl 70 % endirim aksiyası 12, 13, 14 fevral ayında keçiriləcəyi vurğulandı. Tədbirdə “Femina” xəz qalereyasının maraqlı defilesı, ardınca “Promessa” Gəlinlik evi nin və “Maryland” butikinin nümayişi baş tutdu.

Mükafat alanalar arasında, xarici ölkələrin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Misir səfiri - Adel İbrahim, Mərakeş səfiri - Adil Embarş və İndoneziya səfiri - Husnan Bəy Fənanie; xalq artistlərindən -Həmidə Ömərova, İlham Namiq Kamal, Faiq Ağayev, Nisə Qasımova; Əməkdar İncəsənət xadimi Fəxiyyə Xələfova, müğənnilərdən - Günay İbrahimli, Xəyyam Nisanov, Rəsul Əfəndiyev, aparıcılardan Afaq Gəncəli, Zümrüd Bədəlova, Vüsalə Əlizadə, Suna Kasımoğlu, Arzu Həmzəyeva; idmançılardan - Eduard Məmmədov, Tofiq Musayev, Aqil Acalov və Mahir Əmrəli o cümlədən, iş adamları -Sərvər Novruzov, Şahin Mirkişili, Ülvi Suleymanzadə, Elsəvər Əliyev, Nicat Bəxşəliyev, Anıl K. Özər, David Fərzəliyev, Rafael Abbasov, Ruslan Məmmədov, Nicat Hüseynzadə, iş xanımları - Fərqanə Bəxtiyarova, Əfsanə Muradova, Telli İsmayılova; jurnalistlərdən – Vüqar İmanov, Türkan Məmmədli, videoqraf – Hüseyn Qəribov; həkimlərdən-Xəyal Səmədov, Zeynəb Sadıqova, Sevinc Heydərova, Svetlana İbadullayeva, Cəmilə Hüseynova, Araz Əmirov, Deniz Egece, Zeynalova Ceyhunə; diyetoloqlardan – Azay Musayeva, Həsənzadə Sevinc, həmçinin Azərbaycan çayı – ilin yaxşı çayı adı ilə ödüllə təltif olundu. Tədbirdə Jazz tənqidçisi, CBC Sport telekanalının baş redaktoru Azər Cavad Əliyev, ATV telekanalının “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu, Bəhruz Niftəliyev, Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktor müavini; fitness trenerləri Kamil Zeynallı, Ceyhun Vəliyev; “Qız Qaçırtma” filminin iştirakçıları; Parapsixoloqlar – Həsən Həsrətli, Ülkər Musayeva, Babək Bayramov; Travel şirkətləri – Flyblast, Avantage, Baku Holiday travel; təhsil mərkəzi “Eland Education” və digər iştirakçılar mükafata layiq görüldülər. Hər bir mükafatçıya “İydə” Parfum tərəfindən müxtəlif ətir brendləri hədiyyə verildi.
Qeyd edək ki, tədbirə gələn qonaqlar öncə möhtəşəm “Qırmızı xalı” şousunda iştirak etdilər. Tədbir bitdikdən sonra isə mükaftçılar “DJ Çina”nın müşayiəti ilə "After Party"də iştirak etdilər. Ödül törənində yerli məşhurlarla yanaşı xaricdən gəlmiş tanınmış simaların da iştirak etdi. Gecənin tədbirini tanınmış aparıcılardan Samir Bayramlı və Kamran Yaradanquliyev idarə edirdi.













 

Mənbə: big.az