Kukla Teatrının toruna düşən “Qızıl balıq”

Kukla Teatrının toruna düşən “Qızıl balıq”

Keçmiş zamanlarda bir qoca varmışQoca qarısıyla birgə yaşarmışGeniş göy dənizin sahillərindəKöhnə daxmasında, uçuq evindəOnlar otuz üç il ömür sürmüşdü,Nə xoş bir güzəran, nə gün görmüşdü. Uşaq yaşlarımızdanAleksandr Puşkinin "Balıqçı və balığın nağılı”ndan əzbər bildiyimiz bu nağıl bizi keçmişəaparır. Nağıllarımızın ənənəvi sonluğu olan göydən düşən 3 alma, bu dəfədənizdən çıxan balığın balıqçının 3 arzusunu yerinə yetirməklə hasil olur.
Abdulla Şaiq adınaKukla Teatrı bu klassikanı yaşatmaq üçün həmin nağıl əsasında "Qızıl balıq”tamaşası üzərində çalışır. Biz də tamaşanın hazırlıq prosesinə şahidlik etdik.
Teatrda daxil olduqda bizi teatrınsözçüsü Həmidə Rüstəmova qarşıladı. Onunla teatrda yaradıcı prosesdən, hazırlanan tamaşalardan danışaraq səhnəyədoğru yol aldıq. H.Rüstəmovadan teatrın nə üçün belə tanınmış bir nağıla, rusklassikasına müraciət etdiyini xəbər alıram: "Kukla Teatrının həm Azərbaycan, həm də rus dili bölməsininizləyiciləri üçün bu əsərə müraciət etdik. Puşkinin sözügedən əsəri bu gün dəsevilir və biz bu əsərə fərqli yöndən baxmağa çalışacağıq. Belə ki, nağıldaqoca kişinin qadınına olan məhəbbəti, sevgisi, ailədə özünü göstərməkdədir. Butamaşaya səhnə həlli verməklə var-dövlətin, pulun, dəbdəbənin heç də önəmliolmaması, əsas mənəvi zənginliyin ön plana çıxmasını göstərməyə çalışırıq.Uşaqlara da ailə modelini bu kontekstdə göstərməyə çalışacağıq ki, ömrünü başavurmaqda olan qoca qarısına necə hörmət etdiyini göstərə bilək”.

Demək ki, yenisəhnə əsəri daha çox ailədə qarı və qocanın bir-birlərinə qarşı olan sevgi,hörmət və ailə dəyərləri üzərində hazırlanacaq”.
Səhnəyəyaxınlaşdıqca isə rejissor Anar Məmmədovun 4 aktyor heyəti ilə çalışdığınıgörürük. Burada Yuğ Teatrının aktyoru Elgün Həmidov, filmlərdən daha yaxşıtanıdığımız Günay Əhməd, Kukla Teatrının istedadlı aktyorları Cavid Telman,Aygül Ağayevanı gördük.
Klassiküslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqlaümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanınquruluşçu rəssamı İqbal Əliyev bu dəfəki səhnə tərtibatı və kuklalar üzərindəişdə bütünlükdə ənənəvi üsluba əsaslanıb. Bir hissəli kukla tamaşasınınbəstəkarı Əməkdar incəsənət xadimi Vüqar Camalzadədir. Musiqi müəllifi butamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnəişinin ümumi harmoniyasını təmin edib.
Fasilə zamanıisə aktyorlarla söhbət etmək imkanını dəyərləndiririk. Qarı obrazınıcanlandıran Günay Əhməd bu obrazın onun Kukla Teatrında ikinci tamaşasıolacağını qeyd edir: "Bu mənim Kukla Teatrında ikinci işimdir. İlk işim yeni ildəuşaqlar üçün nümayiş etdirdiyimiz "Qış nağılı” idi. Bu tamaşada isə qoca qarınıoynayacam. İlk dəfədir ki, kukla ilə səhnəyə çıxacam və səhnədə kukla vasitəsiilə obraz canlandıracam. Bu çox sevindirici və həyəcanlıdır. Düzdür hələ ki,kukla ilə məşq edirəm və hesab edirəm ki, bu obraz mənim ifamda yaxşı alınacaq.Hazırda öyrənmə prosesindəyəm. Hələ ki, bu mərhələyə qədər mənə çətin gələnkuklanı oynatma prosesidir”.

Aktrisa teatrınfilmdən daha fərqli olduğunu deyir: "Teatr sehirli bir aləmdir. Burada çalışmaq,həqiqətən, insana zövq verir. Kuklalarlaişləmək isə məni uşaqlığıma, o illərəgeri qaytarır. Uşaqlara sevinc bəxş etməkdən gözəl heç nə yoxdur”.
AzərbaycanDövlət Yuğ Teatrının aktyoru kimi tanıdığımız istedadlı aktyor Elgün HəmidovuKukla Teatrının səhnəsində qoca obrazını canlandıracaq. Elgün bildirir ki, KuklaTeatrının kollektivi bir-birinə qarşı çox doğmadır və bəlkə də bu, uşaqlarla çoxünsiyyətdə olmaqdan irəli gəlir: "Sevgi qarşılıqlı bir duyğudur. Səhnədəyaradıcı insanların uşaqlara olan sevgisini duyan uşaqlar da aktyorlara qarşısevgi hissi duyurlar. Kukla Teatrının səhnəsində gözəl enerji atmosferi var. Buçox gözəl hissdir. Burdakı iş prosesinə gəldikdə isə, hər teatrın öz çətinliklərivar. Düşünürəm ki, teatrların təməl bilgiləri eynidir. Əsas da odur ki, busəhnədə çalışmaq mənə maraqlıdır. Kukla janrını mənimsəmək, onu öz üzərimdətətbiq etmək mənim üçün bir təcrübə olacaq. Yeni tamaşaçı qarşısına çıxmaq vəözünü fərqli tərəfdən sınamaq maraqlıdır. Digər tərəfdən isə, mənə görə, uşaqlardaha səmimi tamaşaçılardır”.
Elgüncanlandırdığı balıqçının yaşlı insan olduğunu və qarısını çox sevdiyinibildirir: "O, insan yalnız balıq tutmaqla məşğuldur. Bir gün onun toruna qızıl balıqdüşür”.
Aktyora toruna qızılbalıq düşsəydi, hansı arzularını həyata keçirmək istədiyini soruşuruq: "Hələ ki,toruma qızıl balıq düşməyib. Düşəndə deyərəm (gülürük). Hərdən olur ki, hansısabir vəziyyətə düşəndə deyirik ki, filan şey olsaydı, bunu edərdim. Ancaq həmin ano vəziyyətə düşməyənə qədər sən bunu bilə bilməzsən. Ola bilər ki, bir şeyi illərdirarzulayaram, ancaq həmin an fərqli hərəkət edərəm”.
Fərqli tamaşaçıauditoriyasının qarşısına çıxacaq olan aktyor uşaqları təəccübləndirmək məsələsindəndaha çox tamaşaçıya mənəvi hissləri ötürməyi əsas bilir: "Bu gün uşaqlarınxəyal etdikləri, görmək istədikləri hər bir yenilik əllərinin altında olan internetdəvar. İndiki uşaqlar istər texnologiya, istər həyat baxımından hər şey əldə edə bilirlər.Ancaq onlar üçün hazırda mənəvi zənginlik daha yüksəkdir. Bu gün uşaqlar məktəbdədə, evdə də çox yüklənirlər. Əlavə tapşırıqlar, dərslər, yeni məlumatlaralırlar. Ancaq biz hərdən unuduruq ki, onlar qayğıdan, sevgidən, mənəvi zənginlikdənuzaqlaşırlar. Bəzən də ailə üzvləri tərəfindən böyük sevgi görür, ancaq özləri osevgini ötürməyi bacarmırlar. Teatr uşaqlara bu zənginliyi aşılayır”. Qızıl balıqobrazının ifaçısı istedadlı aktrisa Aygül Ağayeva bir insanın arzularınıgerçəkləşdirməyin daha gözəl olduğunu deyir: "Mən tamaşada balıq olub babanınarzularını həyata keçirirəm. Düşünürəm ki, tamaşamız uşaqlara çox maraqlı olacaq.Çox rəngarəng tamaşadır. 4 nəfərik və inanıram ki, bu tamaşanın öhdəsindən lazımıncagələcəyik. Burada tamahkarlıq tənqid olunur, yəni nümayiş etdirdiyimiz tamaşailə uşaqlara göstərməyə çalışacağıq ki, çox istəyən azdan da olar”. Tamaşadanağılçı olan, bir növ, teatrın simasına çevrilən aktyor Cavid Telman duzlu-məzəlisöhbəti ilə mövzunun istiqamətini dəyişməyə çalışır. Hərdən Elgün Həmidova "Biraz az danış, səsyazan aparat sənin səsinlə doldu, bizə yer qalmadı” deyərək özçıxışına hazırlaşır. Artıq növbə onundur. "Hə, buyur görək, söz səndədirCavid”. Özünü bir anlıq itirən aktyor, yenidən sözə başlayır: "Gördüyünüz kimi,mən nağılçıyam. Nağılçı nə etməlidir? Nağılı elə danışmalıdır ki, uşaqların əvvəldənbütün fikri tamaşaya yönəlsin. Yəni az əvvəl danışan aktyorların taleyi məndənasılıdır (gülürük) Əgər mən nağılı başdansovdu danışsam, uşaqların tamaşaya vəgöstərəcəyimiz nağıla heç bir marağı qalmayacaq”. Cavid Telman KuklaTeatrının repertuarında əksər tamaşalarda rol alır. Aktyor bildirir ki, hərtamaşanın onun yaradıclığında özünəməxsus yeri və rolu var: "Kukla Teatrının mənim həyatımda və yaradıclığımdaxüsusi bir rolu var. Adətən, canlandırdığım hər bir obrazı bundan əvvəlki obrazlarımdantamamilə fərlənməsi üçün çalışıram. Bu tamaşa da mənim yaradıclığımda xüsusibir yerdə olacaq. Nağılçı olaraq çox şən əhval ruhiyyə ilə başlayıb, nağılı şeirlədavam edəcəm. Siz burada yarı qəmli,yarı şən nağılçı görəcəksiniz”. Son olaraq isətamaşanın rejissoru Anar Məmmədovla söhbət edirik. Rejissor tamaşada əsasqəhrəman olaraq görünən kuklaların artıq hazırlandığını bildirir: "Biz uşaqlarabu əsəri sevgi haqqında nağıl kimi təqdim edəcəyik. Uşaqlar qarının hərisliyini,acgözlüyünü nağıllardan bilir. Bu dəfə isə onlara bu klassik əsərdən yolaçıxaraq, nağılın fərqli tərəfini göstərməyə çalışacağıq. Baba qarının istəyiilə hər dəfə balığın yanına gedib ondan nəsə istəyirsə, bunu qarısına olan sevgidənedir. Hazırladığımız tamaşa bu gün də çox aktualdır. Bu gün də tamahkarlıq, acgözlük,hərislik hər yerdə var. Sevgi isə istənilən dövrdə aktualdır. Uşaqlar bilməlidirki, əllərində olanla yetinməyi bacarmalıdırlar. Tamaşa kuklalar vasitəsi ilətəqdim olunacaq. Şirmaarxası kuklalardan istifadə olunan tamaşa uşaqlarınmarağına səbəb olacaq. Əslində, nağılın özündə nağılçı obrazı yoxdur. Bu obrazı biz əlavə etmişik”.
Rejissorlasöhbətimizdən aydın olur ki, uşaqlarasəmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi mənəvi keyfiyyətləri təlqin edəntamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyiuğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahibolduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik vəazğınlığın acı sonluğunu göstərməyə çalışacaq.
Martın ortalarıüçün təqdim olunacağı planlaşdırılan tamaşanın məşq prosesi hələ ki, davamedir. Bizə isə nəticəni gözləmək qalır. Xəyalə Rəis

Mənbə: kaspi.az