Evliliklərinin 16-cı ilini belə təbrik etdi - FOTOLAR

Evliliklərinin 16-cı ilini belə təbrik etdi -

Müğənni İradə İbrahimova ailəsi ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, evliliklərinin 16-cı ildönümü olduğunu qeyd edən sənətçi həyat yoldaşı Ceyhun İzər və övladları ilə fotolarını paylaşıb:

“Uşaqlarımızı ailə qurduğunuz insanın görünüşü, qədd-qaməti, var-dövləti deyil, düşüncələri, hərəkətləri, həyata baxışı, zəkası yetişdirir. Şükrüm sonsuzdur. 19.04.2025. 16 il”.

Qeyd edək ki, İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Onların iki övladı var.







Mənbə: qafqazinfo.az