Türkiyənin məşhur müğənnisi Hadise açıqlaması ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, “O Ses Türkiye”dəki iştirakçını eks-sevgilisi Kaan Yıldırımın həyat yoldaşı Pınar Denizə bənzədib.
“Pınar Denizə oxşayırsan, onu da çox sevirəm. Çox andırırsan”, - deyə Hadise bildirib.
Qeyd edək ki, Hadise illər öncə Kaanla uzun müddət eşq yaşayıb. Kaan ötən il həmkarı Pınar Denizlə Romada evlənib. Cütlüyün aprelin əvvəlində oğlu dünyaya gəlib.




Mənbə: qafqazinfo.az