Xəbər verdiyimiz kimi, bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatı verilib.
Azərbaycan Respublikası Prezidentinin 8 May 2025-ci il tarixli Sərəncamı ilə Prezident mükafatı verilənlər sırasında Şəki Dövlət Dram teatrının əməkdaşları da var.
Bunlar teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, aktyor, Əməkdar artist Əbülfət Salahov və aktrisa Lalə Məmməddir. Adıçəkilən şəxslər uzun illərdir Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərir və Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində böyük rol oynayırlar.
Mənbə: bizim.media