“Ümummilli Lider Heydər Əliyev də rəssam olmaq istəyib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq rəssamı, heykəltaraş Ömər Eldarov jurnalistlərə açıqlamasında deyib.
“Heydər Əliyev mənə rəssam olmaq istədiyini deyirdi. Lakin Bakıya gələndə Rəssamlıq Akademiyası olmayıb. Buna görə də başqa sahə üzrə oxuyub, sonra hərbi xidmətə yola düşüb. Onun heykəlini mən hazırlamışam. Heykəlin hazır olması üçün 1 il çalışdığımı xatırlayıram”, - Ö.Eldarov bildirib.
Sail Ağasəlim
Mənbə: qafqazinfo.az