Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidacahan nəvəsi Səmərruxu birinci sinfə yola salıb. Müğənni məktəbdən çəkilən fotoları izləyiciləri ilə bölüşüb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolara çoxsaylı şərhlər yazılıb. Bəziləri Seyidcahanın qızı Gülşənin bəstəboyluğuna lağ edib və onu ələ salıb.
Sənətçinin qızı isə yazılan rəylərə səssiz qalmayıb. O, şərhlərə sərt cavab verib:
"Nə gözəl ki, məni məktəbliyə bənzətdiniz. Bundan heç bir xanıma gözəl tərif ola bilməzdi. Cavan ana, həm qız, həm də igid oğul anası, əlbəttə, hisslərinizi başa düşürəm, bəzilərinin layiq ola bilmədiyinə Allah məni layiq bilib, həyatın ən gözəl nemətlərini verib, övlad payı verib, ana edib. Ucaboy olmağı heç arzulamıram da. Həmişə övladlarımın yanında onlara rəfiqə, bacı, dost və ən gözəl ana olacağam, amma sizin kimi uzun, ağlı dabanında olmayacam. Bir körpə balanın məktəbə gedişinə xoş söz yazmayan naxələf murdarlar!"
Mənbə: news.milli.az