Mehmet Ali Erbil yenə evlənir

Mehmet Ali Erbil yenə evlənir

Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbilin evlənəcəyi öyrənilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun Almaniyada yaşayan 24 yaşlı Gülseren Ceylanla evlənəcəyi bilinib. İndiyədək 5 dəfə evlənən Mehmet Ali Erbil yaxın vaxtlarda altıncı evliliyinə hazırlaşır.

Qeyd edək ki, Erbil Gülseren Ceylan ilə təxminən 5 ay əvvəl “Instagram”da tanış olub.
 

Mənbə: lent.az