Paşinyan ekspertlərin "qara siyahı"sını hazırladı – SƏBƏB NƏDİR?

Paşinyan ekspertlərin "qara siyahı"sını hazırladı – SƏBƏB NƏDİR?

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra heç bir sahə seçmə proseslərdən və aşkar qütbləşmədən yayınmağı bacarmayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat Ermənistanın “Past” qəzetində yer alıb.

Mənbə bildirir ki, Paşinyan hakimiyyəti əslində insanların peşəkarlığına baxmır və onları sadəcə “qara” və “ağ”a bölürlər.

Hakimiyyət yetərli kadrının olmadığı, lakin digər ekspertlərin sözlərini dinləmədikləri barədə daima səsləndirilən ittihamlara baxmayaraq, indi onların “qara siyahısı”nı tərtib edib.

Nəşrə görə, hökumət yönümlü kütləvi informasiya vasitələrinə kimləri dəvət edəcəyi, kimlərin qeydlərinin yayımlanıb-yayımlanmayacağını, hansı ekspertlərə hökumətdə “imtina edilməsi”, hansına “danışmmaq səlahiyyəti verilməsi” barədə xüsusi təlimat verilib.

Əsasən həmin şəxslərin hakimiyyət orqanlarının “xəttinə” nə dərəcədə uyğunlaşmasına xüsusi fikir veriləcək.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az