Bu gecədən komendant saatı elan olunur

Hərbi vəziyyətlə əlaqədar bu gecə 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunur.

PARLA xəbər verir ki, bu barədə hazırda Milli Məclisin keçirilən iclasında qərar qəbul olunub.

Bu barədə ATV telekanalında məlumat verilib.

Qeyd edək ki, Komendant saatı – insanların müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmasının qadağan edilməsidir.

Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının Qanununa görə, komendant saatının tətbiqi, vətəndaşların xüsusi icazə vərəqələri olmadan günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsidir. Qanunun 13-cü maddəsinə görə, fövqəladə vəziyyət rejimini təmin edən qüvvə və vasitələrin vahid mərkəzdən idarə olunmasını həyata keçirmək məqsədilə fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən komendant təyin olunur.

Fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı səlahiyyətləri daxilində fövqəladə vəziyyətin təmin olunması məsələlərinə aid olan və müvafiq ərazidə məcburi olan əmr və sərəncamlar verir, komendant saatının vaxtı və qüvvədə olma müddətini müəyyən edir. Eyni zamanda fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejimini müəyyənləşdirir. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasını və onların iş rejimini komendant müəyyən 

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

“Silahlı Qüvvələrimizin hər bir uğurunun arxasında xalqın orduya, ali baş komandana olan sevgi və dəstəyi dayanır”

SONRAKI XƏBƏR

Tehran Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunması üçün öz vasitəçiliyini təklif etdi