Erməni model terror təşkilatına qoşuldu - Azərbaycana hücum edəcəklər?

Erməni model terror təşkilatına qoşuldu -

İtaliya və Fransaya məxsus moda brendi "Gucci"nin reklam simalarından olan erməni model Armine Arutyunyan "VoMa" terror təşkilatına qoşulub.

Bizim.Media xəbər verir ki, əlində tapança ilə təlim keçərkən görüntülənən Arutyanyan təşkilatın "VoMa" kanalına müsahibəsində Azərbaycana hücum edəcəklərini bildirib.

Digər tərəfdən "PKK" və "ASALA" terrorçularının da yer aldığı təşkilat “Azərbaycanla döyüşə hazırlaşırıq” deyərək yeni təxribatlara və hücum cəhdlərinə işarə edib.

Mənbə: bizim.media