"Hizbullah" hərəkatı Sudan hökumətinə İsrailə görə çağırış etdi

"Hizbullah" hərəkatı Sudan hökumətinə İsrailə görə çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatı Sudan hökumətinin İsrail rejimi ilə yaxınlaşmaq ehtimalına münasibət bildirib.

Bu barədə Livanın "Hizbullah" hərəkatı bəyanatla çıxış edib.

Bəyanatda vurğulanıb ki, Sudan hökumətinin İsrail rejimi ilə yaxınlaşması bu ölkə üçün heç bir xeyri olmayacaq.

"Vəfat edən sabiq Baş Nazir Sadiq əl-Mehdi də İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdırmağa qarşı idi. Çünki o dövlətini, ölkəsini və xalqını düşünürdü", - deyə bəyanatda qeyd olunub.

Mənbə: AlManar

Mənbə: eastnews.org