Düşmənin “F-16”larla bağlı yalanı ifşa edildi - “İki “Su-25” havaya qalxıb, biri digərinə zərbə endirib”

Düşmənin “F-16”larla bağlı yalanı ifşa edildi - “İki “Su-25” havaya qalxıb, biri digərinə zərbə endirib”

Ermənistanın “Doq” ləqəbli keçmiş polis məmuru Vardan Qukasyan, müharibə zamanı Ermənistan ordusunun “Su-25” təyyarələrinin tətbiqi və məhv edilməsinə dair bəzi maraqlı əlumatlar açıqlayıb.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, Qukasyanın sözlərinə görə, Qarabağ müharibəsində erməni tərəfinin 4 ədəd “Su-25” döyüş təyyarəsi məhv edilib, guya bunlardan heç biri Azərbaycanın atəşi nəticəsində məhv edilməyib. Keçmiş polis məmuru Ermənistan Müdafiə Nazirliyinin təyyarələrin “F-16”lar tərəfindən vurulması ilə bağlı açıqlamasının da yalan olduğunu bildirib.

Qukasyan, rəsmi olaraq elan edilən Vardenisdə bir “Su-25” qəzasına toxunaraq, Ermənistan Silahlı Qüvvələrinin iki “Su-25”nin havaya qalxdığını, birinin digərinə zərbə endirməsi nəticəsində ikisinin də sıradan çıxdığını bildirib.

Vardan Qukasyan, Ermənistan hərbi aviasiyasında radikal problemlərin olduğunu qeyd edir. Xüsusilə yanacaq oğurluğu, texnikanın, avadanlıqların acınacaqlı vəziyyəti, təcrübəli pilotların olmaması hallarına diqqət çəkib. “Doq” ləqəbli polis məmurunun dediklərinə görə təyyarələr və helikopterlər zəruri saat həcmində uçuşlar həyata keçirmirlər.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 29-da “Su-25” təyyarəsinin Türkiyənin “F-16” təyyarəsindan atılan raketlə vurulduğunu açıqlayıb. Pilot həlak olmuşdu. Azərbaycan isə bu əsassız ittihamları rədd edərək, dəlil göstərilməsini tələb edirdi.

Mənbə: ednews.net