Ermənistanda parlament seçkilərinin nəticələri BU TARİXDƏ açıqlanacaq

Ermənistanda parlament seçkilərinin nəticələri BU TARİXDƏ açıqlanacaq

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Hovakimyan iyunun 8-də verdiyi bəyanatda parlament seçkilərinin yekun nəticələrinin iyunun 14-də rəsmən açıqlanacağını bildirib.

Bu barədə TASS-a istinadla xəbər verilir.

O, Ermənistan İctimai Televiziyasının efirində çıxışı zamanı deyib:

"Seçkilərin yekun nəticələri iyunun 14-də ictimaiyyətə təqdim ediləcək".

MSK rəhbərinin sözlərinə görə, həftənin sonuna qədər ölkə miqyasında səslərin yenidən hesablanması və protokollarda düzəlişlərin edilməsi prosesi aparılacaq. Bu mərhələ yekunlaşdıqdan sonra komissiya daxil olan bütün şikayət və müraciətləri araşdıracaq.

Mənbə: bizim.media