ABŞ və NATO-nun müraciəti əsasında Ukraynaya bir neçə "Patriot” raketinin verilməsi düzgün addımdır və hökumətin bu qərarını şəxsən müdafiə edəcəyəm.
Bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
"Polşa Ukraynanı dəstəkləyəcək və bacardığı qədər kömək edəcək. ABŞ və NATO-nun baş katibinin müraciəti əsasında bir neçə "Patriot” raketinin verilməsi pis deyil, əksinə, doğru qərardır. Polşa üçün əsas məqsəd Ukraynanın müharibədə qalib gəlməsidir”, - Kosinyak-Kamış bildirib.
Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna Silahlı Qüvvələrinin bölməsinə Ukrayna Üsyançı Ordusunun (UPA) adını vermək qərarına görə Prezident Vladimir Zelenskini "Ağ Qartal” ordenindən məhrum etmişdi. Polşa İkinci Dünya müharibəsində fəaliyyət göstərən UPA-nı polyaklara qarşı qətliamda ittiham edir.
Mənbə: aktual.az