Xəbər verdiyimiz kimi, bu gün Crescent Mallda həyəcan siqnalı verilib.
Bununla bağlı Crescent Mall-dan rəsmi açıqlama verilib.
"Hörmətli izləyicilər, göstərdiyiniz həssaslıq və anlayış üçün təşəkkür edirik. Bildirmək istərdik ki, baş verən hal texniki xəbərdarlıq sisteminin işə düşməsi ilə bağlı olub. Hər hansı yanğın və ya təhlükəli hadisə qeydə alınmayıb. Yaranan qısa müddətli narahatlığa görə üzr istəyir, anlayışınıza görə təşəkkür edirik. Sizə xoş və təhlükəsiz istirahət arzulayırıq", - deyə məlumatda bildirilib.
Mənbə: yenisabah.az