Yeni peyk görüntüləri İranın nüvə obyektlərini bərpa etməyə çalışdığını göstərir.
Bu barədə CNN əldə etdiyi və Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu ilə birlikdə təhlil etdiyi peyk görüntülərinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu, İranın şübhəli nüvə obyektlərində yenidənqurma işləri apardığına işarə edir.
Məlumata görə, görüntülərdə bəzi obyektlərdə aktivliyin bərpa olunduğu və infrastrukturun yenidən qurulmasına cəhd edildiyi görünür.
Qeyd edilir ki, bu fəaliyyət İranın iyunun sonunda ABŞ ilə imzaladığı anlaşma memorandumunun şərtlərinə əməl edib-etmədiyi ilə bağlı suallar yaradıb.
Məsələ ABŞ Prezidenti Donald Trampın İranın razılaşmanı pozacağı təqdirdə ölkəyə yeni zərbələrin endirilə biləcəyinə dair xəbərdarlıqlarından sonra daha da diqqət mərkəzinə düşüb.
Mənbə: qafqazinfo.az