Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya mediası Almaniya XİN-ə istinadən məlumat yayıb.
Rusiyanın Almaniyaya, onun Avropa İttifaqındakı tərəfdaşlarına və Ukraynaya qarşı apardığı kiberkampaniyanın səfirin XİN-ə çağırılmasına səbəb olduğu bildirilib.

Mənbə: aktual.az