Ukraynanın ABŞ-dakı səfiri istefa verir - Səbəb

Ukraynanın ABŞ-dakı səfiri istefa verir -

Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina Kiyevdə yerləşən mənzili ilə bağlı yaranmış problemlər səbəbindən istefa verəcək.

Bu barədə "Faynənşl Tayms” məlumat yayıb.
"Onun barəsində ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı məbləğə mənzil alması faktı üzrə istintaq aparılır. Ukrayna istintaq orqanlarının iddiasına görə, mənzil bazar dəyərindən əhəmiyyətli dərəcədə ucuz qiymətə əldə edilib”, - məlumatda deyilib.
Qeyd olunub ki, Olqa Stefanişina ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Bundan əvvəl Stefanişina öz istəyi ilə vəzifəsindən ayrılması barədə ərizə təqdim edib. Ukrayna Prezidenti Vladimir Zelenski onun istefa ərizəsini qəbul edib. Diplomat barəsində Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən rəsmi şübhəli şəxs qismində ittiham irəli sürülə bilər.
Ukraynanın ABŞ-dakı yeni səfiri postuna baş nazir vəzifəsindən ayrılan Yuliya Sviridenkonun təyin olunacağı gözlənilir.

Mənbə: aktual.az