Ermənistan vətəndaşı Paşinyanı məhkəməyə verdi

Ermənistan vətəndaşı Paşinyanı məhkəməyə verdi

2026-cı il parlament seçkilərində seçici kimi iştirak edən Lusine Avakyan Ermənistanın Baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

Bunun səbəbi onun 11 iyun 2026-cı il tarixli açıq bəyanatı olub: "Vətəndaş Müqaviləsi Partiyası səslərin 100%-ni üzvi şəkildə, digər siyasi qüvvələr isə səslərin 100%-ni seçki rüşvəti yolu ilə alıb".

İddiaçının sözlərinə görə, bu, ona da aiddir, çünki o, müxalif siyasi qüvvəyə səs verib. İddia ərizəsinə görə, bu, həqiqətə uyğun deyil və iddiaçının şərəfinə, ləyaqətinə və adına ləkə gətirir.

İddia təmin olunarsa, məhkəmə cavabdeh Nikol Vovayeviç Paşinyanı Lusine Avakyana qarşı yayılmış böhtan xarakterli faktiki məlumatları beş (5) iş günü ərzində ictimaiyyət qarşısında təkzib etməyə məcbur etməlidir.

İddiaçı, həmçinin, Nikol Paşinyanın böhtan nəticəsində dəymiş ziyana görə 3.000.000 dram təzminat ödəməsini tələb edir. Əgər iddia təmin olunarsa, Nikol Paşinyan həmçinin 230.000 dram məbləğində dövlət rüsumunu da ödəməlidir.

İddia ərizəsi İrəvan Baş Yurisdiksiya Məhkəməsinin hakimi Naira Avetisyanın adına imzalanıb. Lakin işin icraata qəbul edilib-edilmədiyi hələlik məlum deyil.


Mənbə: unikal.az