İran region ölkələrini təhdid etdi

İran region ölkələrini təhdid etdi

Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bildirib.

"Region ölkələrinin başçılarına xəbərdarlıq edilir: ABŞ ilə istənilən əməkdaşlıq və bu ölkənin silahlı qüvvələrinə logistik dəstəyin göstərilməsi İranın suverenliyini və milli təhlükəsizliyini sarsıtmağa yönəlmiş hərəkət kimi qiymətləndiriləcək. Münaqişənin daha da gərginləşəcəyi təqdirdə müharibənin alovu regionun bütün ölkələrini bürüyəcək", - o bəyan edib.

Zülfüqarinin sözlərinə görə, məhz regionun bəzi ölkələrinin əməkdaşlığı müharibənin bütün regiona yayılması riskinin artmasına səbəb olub.

Mənbə: olke.az