Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqına bütün Qərbi Balkan ölkələrini vahid blok kimi qəbul etməyi təklif edib.
Vuçiç ardıcıl üzvlüklərin regionda yalnız bölünmələri dərinləşdirəcəyinə inanır. "Financial Times" qəzeti Serbiya lideri ilə müsahibə dərc edib.
"Əgər biz birləşsək, Priştina, Belqrad və digərləri arasında sərhədlər olmayacaq. Bizə regional birlik lazımdır, AB-yə qoşulanlarla ondan uzaq olanlar arasında yeni münaqişə zonası yox", - Vuçiç vurğulayıb.
Hazırda beş ölkə rəsmi olaraq AB üzvlüyünə namizəddir: Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro və Serbiya. Özünü müstəqil elan edən Kosovo da qoşulmaq üçün müraciət edib.
Lakin namizəd statusu qazanmaq onilliklərlə davam edə biləcək uzun bir səyahətin yalnız başlanğıcıdır.
Müəllif: Tural
Mənbə: publika.az